Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Oxu.az"in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində yolu keçən 2003-cü il təvəllüdlü Nəcəfli Əliağa Elbəyi oğlunu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.