Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
A.M.Şərifzadə prospektində avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əliyeva İradə Əliağa qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.