Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Məmmədov Orxan Rəhman oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov