Bakıda marketdə oğurluq hadisəsi baş verib.
“Axin.az”in xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Araz market”də qeydə alınıb.
Belə ki, marketdən naməlum şəraitdə 509 manat dəyərində spirtli içki oğurlanıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.