Bakıda ofis və gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Axin.az"a verilən məlumata görə, əməliyyatı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.
Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki ofislərin birindən 2157 manat pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun gözəllik salonlarının birindən 1220 manat, bir mağazadan isə 100 manat pul və 300 manat dəyərində mobil telefon oğurlaması da müəyyən edilib.