Bakının Nəsimi rayonunda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
Axin.az Axin.az-a istinadən xəbər verir ki, meyit H.Seyidzadə küçəsi 4 ünvanının qarşısında aşkar edilib.
Üzərində heç bir zorakılıq əlamətləri olmayan 25-30 yaşlı kişinin fevralın 24-ü axşam saatlarında öldüyü təxmin edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.