Məşhur "Barbie" filmi təqdim ediləndən sonra dünyada yeni trend yaranıb
Gündəm / Şou-biznes
26-07-2023, 17:18
Artıq bir neçə gündür ki, bu ilin ən rəngarəng premyerası baş tutub. Məşhur "Barbie" filmi təqdim ediləndən sonra dünyada yeni trend yaranıb. Hər kəs çəhrayı geyimdə obyektiv qarşısına keçərək, ekran işindəki kadrı təkrarlamağa çalışıb.
Axın.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, Margot Robbie və Ryan Goslingin rol aldığı film ABŞ-də 155 milyon dollar gəlir əldə edib. Rejissor Qreta Qerviqin "Barbie" filmi dünyada isə 3 gün içində 337 milyon dollar qazanc gətirib.
"Barbiecore" həştəqi ilə fərqli çəhrayı geyimlərdə fotolar, videolar demək olar ki, gündə bir neçə dəfə sosial şəbəkədə qarşımıza çıxır. Azərbaycanda da bu trendə qoşulanlar az deyil. Müğənnilərdən tutmuş blogerlərə qədər bir çoxları çəhrayı geyimdə obyektiv qarşısına keçib.
Ölkəmizdə bu trendi hələ filmin premyerası olmadan Xalq artisti Aygün Kazımova başladıb. O, fotosessiya üçün Türkiyəyə gedib. Pop divanın istifadə etdiyi pariklər belə xaricdən gətirilib.
Əldə etdiyimiz məlumata görə, Kazımova fotosessiya üçün böyük məbləğ xərcləyib. Fotosessiyanın ideya müəllifi dizayner Rüfat İsmayıldır. Pop divanın obrazları üzərində Berker Kuşku çalışıb.
Bu günlərdə müğənni Ayan Babakişiyeva da "Barbie" obrazında obyektiv qarşısına keçib. O, çəhrayı geyimini eynitonlu makiyajla tamamlayıb.
Daha sonra blogerlər Aynişan Quliyeva, Nərmin Kinyaz, Səbinə Orucova məşhur "Barbie" tərzində videosunu çəkib.
Bloger Mehin Oqtaylı da "Barbie" stilində video və fotolarını yayımlayıb.