axin.az

SON DƏQİQƏ

Çin “Marvel”in yeni filminə qadağa qoydu

13-09-2021, 10:15



“Marvel” kinostudiyasının ən yeni filmi olan “Şan-Çi və on üzük əfsanəsi”nin Çində nümayişi qadağan olunub.

İlk həftəsonu boyunca artıq 94 milyon dollar gəlir qazanan ekran əsərinin qəhramanı asiyalıdır.

Çin hökuməti qadağanın səbəbini açıqlamasa da, kino tənqidçiləri qərarın məhz bu amillə bağlı olduğunu bildirirlər.

Qeyd edək ki, filmin çəkilişləri zamanı pandemiya səbəbindən bir neçə dəfə fasilələr yaranıb. Öncədən planlaşdırılan vaxtdan gec də olsa, nəhayət ki, bu həftədən etibarən fantastik əsərin dünya kinoteatrlarında nümayşinə başlanılıb.

Mənbə: “Haber Global”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA