Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses uğurla davam edir. Sürətli inkişaf Azərbaycanın hər yerində, bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında qazanılan uğurlarda ticarət sahəsinin də ilbəil inkişafı və genişlənməsi vacib rol oynayır.Vətən müharibəsi zamanı "Bravo" marketlər şəbəkəsi hər zaman dövlətimizə öz dəstəyini göstərmişdir. Qələbəmizin sonunda təbii ki işğaldan azad edilmiş Qarabağımıza ilk investisiya qoyan şirkətlərdən biri də məhz elə "Bravo" marketlər şəbəkəsi oldu. “Bravo” marketlər şəbəkəsi Qarabağda yeni filialının açılışına hazırlaşır.Son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən ticarət, alış-veriş mərkəzləri istifadəyə verilib. Bu baxımdan “Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin yaradılması vətəndaşların, o cümlədən ölkəmizə gələn və sayı durmadan artan turistlərin rahatlığını təmin edir. Bununla yanaşı, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi paytaxtımızın iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına xidmət edir. Böyük zövqlə inşa olunan bu hipermarket, eyni zamanda, yerləşdiyi ərazinin gözəlliyini artırmaqla, son dövrlərdə Bakının dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərin davamlı olduğunu nümayiş etdirir. Bu layihənin icrası həm də dövlət-özəl biznes tərəfdaşlığının əyani nümunəsi olmaqla, ölkəmizdə iş adamları üçün yaradılan şəraiti və əlverişli investisiya mühitini, həmçinin son illərdə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlərin miqyasını göstərir.
“Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.