Almaniyanın İllerkirxberq kommunasında hücuma məruz qalan iki məktəbli qızdan biri xəstəxanada ölüb.
Bu barədə yerli polisə istinadən məlumat verilib. Hücum edən şəxs qaçsa da, tezliklə həbs edilib.
Cinayətin motivi bəlli deyil. Zərərçəkənlərin kişini tanıyıb-tanımadığı da bilinmir.
Mənbə: iz.ru
16:48
Almaniyanın Baden-Vürttemberq əyalətinin İllerkirxberq qəsəbəsində məktəbə bıçaqlı hücum olub.
Hadisə nəticəsində iki qız şagird yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törədən, kimliyi açıqlanmayan şəxs qaçqınların məskunlaşdıqları mərkəzə qaçıb. Onun orada yaşayıb-yaşamadığı müəyyən edilməyib. Onunla birlikdə həmin vaxt mərkəzdə olan digər şəxslər də nəzarətə götürülüblər.
Mənbə: Bild