axin.az

SON DƏQİQƏ

Aleksandr Çepurnov: Koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir

5-08-2021, 13:40



Getdikcə daha çox yeni-yeni ştammlar görünə bilər. Əslində milyonlarla mutasiya var, onlar yönləndirilmiş deyil, təsadüfidirlər. Növbəti məsələ təkamülün hansı variantı seçməsindən asılıdır.

Axın.az Oxu.az-a istinadən bildirirki Bu barədə Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, Federal Fundamental və Translyasiya Tibb Araşdırma Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiya Laboratoriyasının rəhbəri, virusologiya üzrə professor, biologiya elmləri doktoru Aleksandr Çepurnov koronavirusla bağlı vəziyyəti Oxu.az üçün şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu gün insanlıq üçün xoş olmayan dəyişikliklər iki istiqamətdə baş verir.
“Virusun üstünlüyü olan variantları ortaya çıxıb. Məsələn, daha az reseptora bağlanırlar, həmçinin bu və ya digər şəkildə immun cavabdan qaçırlar. Məhz onlar dominatlıq edirlər”.

Professor bildirib ki, bu, “Britaniya ştammı”nda, daha sonra isə “Hindistan ştammı”nda baş verdi. O, kifayət qədər sanitariya və intizam səviyyəsinin olmamasının virusu sürətlənmiş təkamülə sövq etdiyini vurğulayıb.

“Antigenik determinantlarda (immunitet sistemi tərəfindən tanınan antigen makromolekulunun bir hissəsi - red.) dəyişiklik oldu. “Uhan ştammları” ilə müqayisədə Hindistanda yayılan “delta ştammı”nda səkkiz belə əvəzetmə olub. Beləliklə, koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir”, - deyə Çepurnov sözlərini yekunlaşdırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA