"Artıq rəsmi olaraq elan olunub ki, Hindistanda koronavirusun yeni mutasiya olunmuş variantı yaranıb".
AXİN.AZ xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, hələ ki, bu mutasiya olunmuş virusun ağırlaşdırıcı olub-olmaması məlum deyil:
"Azərbaycanda Hindistan ştammı qeydə alınmayıb. Bu istiqamətdə mütəmadi testlər aparılır. Əgər qeydə alınarsa, dərhal ictimaiyyətə məlumat veriləcək".