Hollivud ulduzu Tom Henksin aktyor və müğənni oğlu Çet Henksi keçmiş sevgilisi Kiana Parker məhkəməyə verərək ondan təzminat tələb edir.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Parker sevgilisinin ona bıçaqla hücum edərək, xeyli pulunu oğurladığını deyib.
Baş verənlərdən sonra Kiana Çetlə sevgili olduğu vaxtlarda mənəvi və fiziki zorakılığa məruz qaldığını bildirərək Çeti məhkəməyə verib. Hazırda Parker ondan 1 milyon dollar (1 milyon 700 min manat) təzminat tələb edir.