Dünyada COVİD-19 epidemiyası ilə mübarizədə ən müxtəlif tədbirlər görülsə də, virus hələ də tüğyan etməkdədir. Üstəlik, virusun yeni, mutasiyaya uğramış variantlarının ortaya çıxması yoxluma və ölüm sayının sürətlə artmasına səbəb olur.
Bu baxımdan dünya, demək olar ki, bütün ümidlərini vaksinasiyaya bağlayır.
Dünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus son açıqlamasında "Vaksinlər epidemiyanı dayandırmaq üçün vacib bir ümid mənbəyidir. Dünyanı qorumaq üçün yalnız vaksin ala bilən ölkələrdə deyil, risk altında olan hər kəsin vaksin olunmasını təmin etməliyik", - deyə, qeyd edib.
Bəs dünyada bütün insanların vaksin olunması neçə ilə başa gələcək?
Artıq bir çox ölkədə COVİD-19-a qarşı vaksinasiya prosesi başlayıb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, dünyadakı statistik məlumatları təqdim edən "Our World in Data" saytınım araşdırmasına görə, bu günə qədər 138 ölkədə təxminən 565 milyon doza vaksin tətbiq olunub. Təkcə martın 30-da 24 saat ərzində verilmiş vaksin dozalarının sayı 13.9 milyon olub. Bu isə o deməkdir ki, 7.8 milyardlıq dünya əhalisinin yalnız 7,2 faizi vaksinin ən azı bir dozasını alıb. Əgər vaksinasiya prosesi bu tempdə davam edərsə, dünyadakı hər kəsin vaksin olunması 3 ildən çox vaxta başa gələ bilər.
"Economist Intelligence Unit" jurnalının hesablamalarına görə isə iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə bütün əhalinin vaksin olunması təxminən 2022-ci ilin ortalarına qədər davam edəcək.
Orta gəlirli ölkələrdə vaksinasiyanın tarixi 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlinə qədər uzana bilər. Kasıb ölkələrdə isə bu proses 2024-cü ilə qədər davam edə bilər.
Dünyada hazırda hansı vaksinlərdən istifadə olunur?
Xatırladaq ki, dünyada ilk təsdiq olunmuş vaksin "Pfizer" və "BioNTech" şirkətlərinin ortaq şəkildə hazırladıqları vaksindir. Bu vaksin ilk dəfə dekabrın 2-də İngiltərədə öz təsdiqini tapıb. Bunun ardınca isə ABŞ, Avropa Birliyi (AB) və ÜST tərəfindən təsdiq olunub.
Daha sonra "Oxford-AstraZeneca", ABŞ-da hazırlanan "Moderna", Çində istehsal olunan "Sinovac" və "Sinopharm" və Rusiyanın "Sputnik V" vaksinləri geniş istifadəyə verildi.