İdlibdə Türkiyə Silahlı Qüvvələrinin daha bir əsgəri şəhid olub.
"Yenisabah.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, daha 2 hərbçi isə yaralanıb.
Nazirlik şəhidin ailəsinə başsağlığı verib, yaralılara şəfa diləyib.