Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılan Nurəli Abdullayevlə vida mərasimi keçirilir.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən qalıqları Daşaltıda kütləvi məzarlıqda aşkarlanan Abdullayev Nurəli Hacıbaba oğlu Suraxanı rayonunun Bülbülə qəsəbə sakinidir.
Onun meyitinin qalıqları vida mərasimindən sonra Bülbülə Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Axın.az