Şəhid Bəxtiyar Muradov Sumqayıtda torpağa tapşırıldı - VİDEO

37 14-09-2022, 11:30 Cəmiyyət / Video



Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlu dəfn edilib.

Axın.az xəbər verir ki, 19 yaşlı şəhidimizin nəşi Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

09:22

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

Oxu.Az xəbər verir ki, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhər, 42-ci məhəlləyə gətirilib. Vida mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, şəhidimiz bir ilin əsgəri və evin tək oğlu olub. Üç gün bundan əvvəl məzuniyyəti bitirib yenidən ön xətdə xidmətə qayıdıb.

Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.



Dursun Tağıyeva

XƏBƏR LENTİ