DYP təqibi, süni tıxac və qaranlıq “Prius”u dayandıra bilmədi - VİDEO

36 25-02-2023, 11:00 Cəmiyyət / Video



Bakının Binəqədi rayonunda “Prius” DYP təqibindən qaçmağı bacarıb.

Süni tıxacla qarşısı alınan “Toyota Prius” markalı avtomobilin sürücüsü DYP əməkdaşının qanuni əmrinə tabe olmayıb.

Belə ki, sutkanın qaranlıq vaxtı “Saxla” əmrinə məhəl qoymayan sürücü hərəkət istiqamətinin əksinə, geriyə hərəkət edib.

DYP avtomobili onun ardınca düşsə də, “Prius” ara küçələrdən birinə girməklə təqibdən qaçmağı bacarıb.



Axın.az

XƏBƏR LENTİ