axin.az

SON DƏQİQƏ

Azərbaycan hərbçiləri Gürcüstandakı NATO-nun hərbi təlimlərində iştirak edəcək

21-07-2021, 14:09



Gürcüstanda beynəlxalq “Agile Spirit 2021” hərbi təlimləri keçiriləcək. Tədbirdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib.

“Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, - deyə məlumatda bildirilir.

Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək.

Tədbir 26 iyul - 6 avqust tarixləri üçün planlaşdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA