Azərbaycanda peyvənd olunanların 1 milyon 200 mini ötüb

Cəmiyyət
13 Nis 2021
16:41


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir.
11.05.2021
20:00
"Real" Mendini itirdi