Pandemiyada həyatımıza daxil olan digital məhsul və xidmətlər

Cəmiyyət
13 Nis 2021
19:35


Covid-19 epidemiyası ötən il həyata keçən digital məhsul xə xidmətlərin də ən vacib çıxış nöqtəsi olub. Gəlin, pandemiyada həyatımıza daxil olan məhsul və xidmətlərin ən vaciblərinə baxaq. Pandemiyadan dolayı ilin böyük bir qismini evlərdə keçirdik və əyləncədən hər ehtiyacımıza qədər olan hər şeyi onlayn platformalar vasitəsilə edirdik.

Buna görə, e- ticarətə bütün dünyada olduğu kimi ölkəmizdə də ciddi bir tələb olub. Onlayn alış-verişdə market kateqoriyası ilin ən çox böyüyən seqmenti olub.

Onlayn qidada rəqbət yeni platformalar ilə artdı
Beləliklə, onlayn ticrətin vacib oyunçuları ard-arda onlayn market işinə başladılar. Məsələn, Trendyol-un market konseptini market səviyyəsində də davam etdirdiyi Trendyol sürətli market, n11.com-un seçdiyimiz məhsulları istədiyimiz gün və saatda ünvanımıza çatdıran Market 11, Hepsiburada-nın onlayn market kateqoriyası markası hepsimarket, Vodafone-un istegelsin əməkdaşlığı ilə reallaşdırdığı Süpermarket Yanımda ilk ağla gələnlər arasındadır. Market alış-veriş sahəsində təqdim edilən yeniliklər onlayn ilə kifayət etməyib. Metro Türkiye-nin kassada gözləmədən ödəniş edilməsini mümkün edən Metro Fast yeniliklər arasında yer alır.

Əyləncəli kontent istehsalına yeni alternativlər gəlib
Bütün zamanını evdə keçirən istehlakçının evdə kontent istehlakı da artıb. Bu vəziyyətdə əyləncəli kontent hazırlayan digital yayım platformalarına maraq daha da yüksəlib. 2020-ci ildə Türkiyədə ən çox istifadə edilən platformalar olan Netflix, BluTV, Puhu və Amazon Prime-a iki ciddi rəqib gəldi.


Acun Ilıcalı-nın yeni layihəsi Exxen və Filli Boya-nın sabiq sahibi Gözde Akpınar-ın Gain digital yayım platformaları bazara yeni nəfəs gətirib.

Onedio-nun sahəsinin bir çox dəyərli yazarını birləşdirən Onedio Yazio ilin ən qabaqcıl media yeniliklərindən olub.

Uzaqdan çalışma və təhsil yeni normalımız olub
2020-ci ildə bir çox şirkət evdən çalışaraq keçirdi. Üz-üzə təhsilə də fasilə verildi. İl ərzində, həm iş, həm də təhsil dünyası digital platformalar üzərindən rutin işlərini davam etdirdilər. 2020-ci ildə hər iki sahədə ən çox üstünlük verilən platforma isə Zoom olub.

2020-nin yanvar-aprel ayında Türkiyədəki Zoom pulsuz iclasa ziyarətçi sayı, aprel 2020-də yanvar ayına görə 139 dəfə artıb. Bütün dünyada ziyarətçi sayı 2020-ci ilin aprelində 300 milyonu keçib.

Digər tərəfdən Microsof Teams, Google Meet ve Cisco Webex Zoom-un güclü alternativləri olaraq trafiklərini artırdılar. Bu dövrdə həyatımıza daxil olan yeni məhsullar arasında isə Turkcell-in video konfrans platforması Bip Meet olub. Gün ərzində Zoom-da iclasdan iclasa keçid edən bəyaz yaxalıların axşam əyləncəsi isə Instagram-dakı canlı yayımlar olub. Slack və Werk platformaları da istifadə edilənlər arasında olub.
11.05.2021
20:00
"Real" Mendini itirdi