Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.
Axin.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti “Azərxalça” ASC-də yoxlamalar aparır.
Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun Maliyyə-Təsərrüfat fəaliyyəti yoxlanılır.
“Azərxalça” ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin “Azərxalça” ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.