Goranboyda 6 yaşlı oğlanı maşın vurub öldürüb.
“Axin.az”in xəbərinə görə, hadisə Goranboy şəhəri ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Ayaz Salehovu vurub.
Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.