Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada qadının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən xəbərə görə, yanvarın 3-də axşam saatlarında Zaqatala şəhəri Nizami küçəsində rayonun Yuxarı Tala kənd sakini Murad Sulxayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
*** 00:21
Zaqatalada avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yol-nəliyyat hadisəsində ölən qadın rayonun Qımır kənd sakini Fərasət Davudovadır.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında şəhər ərazisində qeydə alınıb. Gəlin maşını kimi bəzədilmiş "Chevrolet Camara" markalı, idman üslublu, 2 nəfərlik "10-RR-024" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan F.Davudova hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
***22:53
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
"Chevrolet Camara" markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib.
Onun kimliyi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.