axin.az

SON DƏQİQƏ

Cəbhəyə iki oğul yollamış xəstədən şirinlik istədilər-AĞDAMDA

18-08-2021, 18:14

Cəbhəyə iki oğul yollamış xəstədən şirinlik istədilər-AĞDAMDA


Ağdam rayonunun səhiyyə sistemindəki xoşagəlməz durum, mərkəzi xəstəxananın baş həkimi Elxan Ələsgərov imza atdığı qeyri-qanuni işlərlə bağlı mətbuat səhifələrində çox yazılıb. Amma yazılan faktlarla bağlı aidiyyəti dövlət qurumlarının rəsmiləri heç bir ölçü götürməyiblər. Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitlə Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni xəstəxana binası tikilərək 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir.
Xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə, pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasiyent şöbəyə ümumiyyətlə buraxılmır..
Bu yaxınlarda sosial şəbəkədə ağdamlı jurnalistlərdən biri xəstəxana haqda yazmışdı:
""Bu gün məni çox düşündürən bir hadisə baş verib. Diabet xəstəliyi səbəbindən ayağı amputasiya edilmiş sakinə gələn protez ayağın verilməsi üçün həkim 500 (beş yüz) manat şirinlik istəyib. Hadisə Ağdam mərkəzi rayon xəstəxanasında olub. Xəstə isə Ağdam rayon Xındırstan kəndində yaşayır. Cəbhəyə iki oğul yollamışdı. Biri hal-hazırda sərhədlərimizi qoruyur. Məni düşündürən həkimin pul istəməyi deyil. İstəməsəydi düşünərdim... Billah, lap kövrələrdim. Sözün hər iki mənasında və tam səmimi deyirəm, camaat altı il oxuyub gəlməyib ki, 300 manat maaşa işləsin. Birinci növbədə maaşlar artırılmalıdır. Bu reallıqdır... Sadəcə durmadan düşündüyüm şey həkimin qılçası olmayan birinə protez qılça verməsi üçün şirinlik istəməsidir. Şirinlik haa... Elə bil qız evinə cehiz aparağa gələn oğlan adamından qızın əmisi qızı pul istəyir. Oxşatmaq olar bəlkə də. Lap bərk dursan həkimə haqq qazandırıb hadisəni gizlətməyə də cəhd etmək olar(dı). Amma ortada bir qılça var axı. Bəs onu harda gizlədək? Özüm ölüm bu işin adına şirinlik deyənin ağlın yoxlamaq lazımdır görək protezdir , yoxsa özününkü? Rayonun baş həkimi bəlkə də növbəti dəfə məndən incik qalacaq. Amma bu inciklik onun işinə yaxından köməkdir. Kimin nə etdiyini bilməlidir. Buna hərkəs kömək etməlidir... Daha bu gün mənə zəng edib beş yüz manat borca pul axtaran yoldaş kimi ağzına su alıb durmamalıdır. Cənab həkim (Şirinlik istəyən yoldaş)! Protez ayaq insanı yeritməyi bacarır. Amma hər addımda ömrün yeyir. Hər gecə yatağa girib onu soyunanda qarşı tərəfdən utanır. Körpə uşaqlarına qəbul etdirənə kimi həyatına nifrət edir, gecələr ağlayır. Bəzənsə o gecələrin birində haçan mürgüləyib yatdığını bilmədiyi halda yuxuda futbol oynadığını görür. Dəli kimi yataqdan sıçrayıb olmayan ayağın qucaqlayır. Vəəə... gözü küncə söykədiyi ayağına sataşır. Yenə ölür, izdirab çəkir, hadisəni xatırlayır, lənət oxuyur talehinə... indi de görüm beləsindən şirinlik adı ilə rüşvət istəmək olar?! Axı o ayaq onunla öz ayağı kimi dəfn edilməyəcək! Həkimliyin çatırsa ona ayaq köçür yerisin. Bax onda dilə məndən nə dilərsən... Ağdam səhiyyəsinin bəzi yarıtmaz həkim ağaları Ağdam camaatı bir kənara rəhmətlik Hipokratı o dünyada "gözü" ağaclı edib.


""Qeyd edək ki, şəhid anasından pul tələb edən həkimin Ənvər Sadıqov olduğu deyilir. Qarşı tərəfi dinləməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA