Goranboy sakini çarəsiz durumda - GİLEY

Bölgə
14 Ara 2020
11:31
Goranboy sakini çarəsiz durumda - GİLEY
Goranboy rayon, Yolqullar kənd sakini Əhməd Ağamir oğlu Hüseynov əlillik pensiyasının alınmasında bəzi problemlərlə üzləşib. Atası Ağamir Hüseynovun verdiyi məlumata görə, oğlu uşaq yaşlarından“Əqli gerilik və danışıq pozuntusu” diaqnozu ilə pensiya alır. Ancaq Əhməd Hüseynovun 18 yaşı tamam olduqdan sonra onun yenidən pensiya hüququ əldə etmək məsələsi problemə çevrilib.

Oxu.az xəbər verir ki, artıq 3 ildir ki, o, bu məsələni həll edə bilmir. Dəfələrlə pensiya ilə bağlı sənədlər Goranboy rayon Poliklinikasına təqdim edilsə də, hər dəfə imtina cavabı gəlib. Ailə imtinanın səbəbini aydınlaşdırmaq istəsə də, Poliklinika əməkdaşları ya bunu bilərəkdən bildirmirlər, ya da səbəbi araşdıra bilmirlər.

Bu məsələlərlə bağlı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə də rəsmi müraciət edilib.
21.01.2021
16:15
Masallıda ev yanıb