"Başına molla papağı qoymusan, get mollalığını elə..." - GİLEY

Bölgə
15 May 2020
11:51
"Başına molla papağı qoymusan, get mollalığını elə..." - GİLEYUcar sakinləri Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin vəzifə səlahiyyətlərindən sui istifadə etdiklərini bildirir. Sakinlərin Gözətçiyə etdiyi şikayətdə bildirilir ki, S. Nuriyev heç bir əsas olmadan vətəndaşlara qarşı kobud hərəkətlər edir, onları təhqir etdir, insanları alçaldır hətta vətəndaşlara qarşı zor tətbiq edir.

Şikayət göndərən 8 nəfər – Bayram Mehdiyev, Raqif Şirinov, Haqverdi Səfiyev, Fikrət İsmayılov, Emin Kərimbəyli, Təvəkkül Zakirov, Elman Səfərov və Sarvan Həsənov ayrı-ayrı vaxtlarda Samir Nuriyev tərəfindən təhqirə və qanunsuz əməllərə məruz qaldıqlarını bildirirlər.

70 yaşlı Bayram Mehdiyev deyir ki, oğlu Asif Mehdiyev 2018-cil tarixindən Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçib. Oğlunun problem ilə maraqlanmaq üçün Məşğulluq Mərkəzinə üz tutan B. Məmmədov dəhlizdə S. Nuriyevin təhirinə məruz qalıb:

“Ona oğlum Asif Mehdiyevin işsiz kimi burada qeydiyyatda olmasını bildirib nə vaxt işlə təmin olunacağını soruşduqda ucadan qışqıraraq “İş yoxdur buranı tərk et” cavabını verib kobud hərəkətlər etdi. Mən ondan övladım yaşda olmağı bildirib etikalı səbirli sakit danışmağa kobudluq etməməyi xahiş etdikdə o dahada coşub mənə qışqıra-qışqıra dedi ki, mən sənin övladın ola bilmərəm rədd ol buradan çıx get “düdüyün biri düdük”. Mənim 70 yaşım var indiyə qədər belə ədəbsiz, nalayiq hərəkət edən, insanları alçaldan vəzifəli şəxslə rastlaşmamışdım”

Sakin Rafiq Şirinovda bildirir ki, uzun müddətdir Ucar rayon Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdan keçib. O, işi ilə maraqlanmaq üçün quruma üz tutan zaman, Məşğulluq Mərkəzinin müdiri tərəfindən təhqirə məruz qalıb:

“Samir Nuriyev mənə dedi ki, işin yoxdur ailəni dolandıra bilmirsənsə get özünü öldür. Mən bundan çox məyus oldum. Ali təhsilli idarə rəhbərinin mənə gör nə təklif edir? Bunu təsdiq edən şahidlər var ki, araşdırma aparılan zaman adlarını göstərəcəm. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev demək olar ki, hər gün vətəndaşlarla belə kobud rəftar edir acılayıb təhqqir edir”

“DOST” İş Mərkəzi MMC-nin xətti ilə ictimai işlərdə fəhlə işləyən Fikrət İsmayılov bildirir ki, ailəsi 4 azyaşlı uşaq olmaqla 6 nəfərdən ibarətdir. F.Ismayilovun fəhləlik edərək qazandığı pul isə ailəsini dolandırmaq üçün kifayət qədər azdır. Bu məqsədli F. İsmayılovun həyat yoldaşı işlə təmin olunmaq üçün 12 may 2020-ci il tarixində Ucar rayon Məşğulluq Mərkəzinə müraciət edib. Bu zaman isə Samir Nuriyev tərəfindən kabud rəftara məruz qalıb:

“Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev mənə dedi ki,”Prezidentin göstərişi var bir ailədən bir nəfər işləyə bilər, buna görə sənin həyat yoldaşın işlə təmin oluna bilməz, sən kanal zibil təmizləyənə də oxşamırsan üstün təmizdir, başına molla papağı qoymusan get mollalığını et” Mən Samir Nuriyevi etikalı səbirli sakit danışmağa kobudluq etməməyi xahiş etsəmdə o dahada coşub mənə qışqıra-qışqıra dedi ki, sənin kimilər acından ölməlidirlər rədd ol çıx buradan get”

Adları qeyd edilən digər şəxslər də müxəlif zamanlarda Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev tərəfində kabud rəftara və təhqirə məruz qaldıqlarını bildiriblər. Onlar şikayətləri ilə bağlı ölkə prezidenti və aidiyyata qurumlara da müraciət edib. Vətəndaşların şikayəti ilə bağlı Ucar rayon Məşğulluq mərkəzi əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab verən olmayıb.