Mingəçevir şəhərində qaz xəttini avtomobillə vuraraq zədələyiblər.
Bu barədə “Axin.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Belə ki, bu gün Mingəçevir şəhəri Bağlar massivi 13-cü Bağ küçəsini təbii qazla təmin edən diametri 89 mm-lik orta təzyiqli qaz xəttini və diametri 65 mm-lik siyirtməni minik avtomobili ilə vuraraq qırıblar. Bu səbəbdən 780 abonentin qaz təchizatında fasilə yaranıb.