İsmayıllı rayonunda irigövdəli ağaclar kəsilib.
Bu barədə Axin.az-a rayon sakinləri məlumat verib.
Məlumatda qeyd olunub ki, rayonun Füzuli küçəsində, 3 saylı orta məktəbin yaxınlığında yerləşən boş ərazidəki ağaclar kütləvi şəkildə kəsilib.
Ağacların kim tərəfindən və hansı məqsədlə kəsildiyi bəlli deyil.