İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Axin.az”in Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.