"Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən əvvəl bizim təkbətək görüşümüzdə Prezident Vuçiç məndən aşağıdakı mesajları Sizə çatdırmağımı xahiş etdi".
AXİN.AZ xəbər verir ki, bunu Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç mayın 3-də Prezident İlham Əliyev tərəfindən etimadnaməsi qəbul edilərkən deyib.