Tacikistanla sərhəddə baş vermiş atışma nəticəsində 33 Qırğızıstan vətəndaşı həyatını itirib.
AXİN.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölü sayının artacağı istisna edilmir.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan sərhədinə yaxın ərazilərdə yaşayan yerli sakinlər arasında qarşıdurma olub. Qarşıdurma sonda iki ölkənin hərbçiləri arasında atışmalara səbəb olub. Silahlı insident 6 saat davam edib.