Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb.
AXİN.AZ xəbər verir ki, mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, COVID-19-a yoluxan B.Əşrəfov ötən gün evində dünyasını dəyişib.
***9:10
Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.
İnterAz-ın xəbərinə görə. Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərova açıqlamasında bildirib ki, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.
B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.
Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.