Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
AXİN.AZ xəbər verir ki, bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib.
Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl COVID-19 aşkarlanıb.
Qeyd olunub ki, Baloğlan Əşrəfovun səhhəti qaydasına düşmür. O, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.