Rusiya sərhədə niyə qoşun yığır?

Hadisə
11 Nis 2021
13:33


Rusiya Ukraynaya təzyiqi artırmaq və güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirmək üçün sərhədə və işğal altındakı Krıma qoşunlarını toplayır.

AXIN.AZ axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə naziri Andrey Taran çıxış edib.

“Başqa vasitələrin təsirsiz olacağı təqdirdə Rusiya strateji hədəflərinə çatmaq üçün son üsulu nəzərdən keçirəcək. Rusiyanın Ukrayna ilə bağlı strateji hədəfi onun nəzarəti altına qayıtması və Avroatlantik inkişaf yolunu pozmaqdır”, – Taran vurğulayıb.

Nazir eyni zamanda, Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarmaq üçün “mədəni bir yola” əl atdığını qeyd edib.
11.05.2021
20:00
"Real" Mendini itirdi