axin.az

SON DƏQİQƏ

İstanbulda təyyarə qəzasında 1 nəfər öldü, yaralıların sayı artdı - VİDEO - YENİLƏNİB-3

6-02-2020, 09:32

İstanbulda təyyarə qəzasında 1 nəfər öldü, yaralıların sayı artdı  - VİDEO - YENİLƏNİB-3İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.

Bu barədə "Axin.az" Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qocaya istinadən xəbər verir. Nazir bildirib ki, hadisə zamanı daha 157 nəfər xəsarət alıb.

Daha əvvəl isə İstanbul şəhərinin qubernatoru Ali Erlikaya xəbər verib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb. O, qeyd edib ki, yaralılar xəstəxanalara yerləşdirilib.

***22:24.05.02.2020

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə "Axin.az" Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb.

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər - 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb.

***20:49

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Axin.az" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

*** 19:57

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Axin.az" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.


Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

Türkiyə Nəqliyyat Nazirliyi təyyarədə 171 sərnişin və 6 ekipaj üzvünün olduğunu, heç bir tələfat qeydə alınmadığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA