Türkiyənin Bursa şəhərində səkkiz məktəbin həyətindən Atatürkün büstləri oğurlanıb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, hadisələr həmin tədris müəssisələrinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, oğurluqları bir-biri ilə əlaqəli olan üç nəfər törədib.
Onlar saxlanılaraq istintaqa cəlb olunub. Saxlanılan şəxslər oğurladıqları büstləri 2 min türk lirəsinə (481 manat) satdıqlarını etiraf ediblər.