axin.az

SON DƏQİQƏ

Ətriyyat və kosmetika mağazalarında belə davranmaq lazımdır - VİDEO

5-05-2020, 23:25

Ətriyyat və kosmetika mağazalarında belə davranmaq lazımdır - VİDEOƏtriyyat və kosmetik vasitələri satan mağazaların yenidən fəaliyyətə başlaması, xüsusən də xanımlar üçün çox sevindirici xəbər oldu.

Baku.Tv xəbər verir ki, bu cür ticarət obyektlərində müəyyən məhdudiyyətlər var. Ona görə müştərilər də, satıcılar da qoyulan məhdudiyyətlərə əməl etməlidirlər.

Satıcılar qoyulan qaydalara riayət etdiklərini bildirilirlər. Müştərilərə isə bununla bağlı əvvəlcədən xəbərdarlıq edilir.

Həkim-kosmetoloq Leyli Məmmədovanın sözlərinə görə, müştəri birdəfəlik istifadə üçün nəzərdə tutulan kosmetik vasitə tələb etməlidir. Əks halda, kiminsə məsləhəti ilə alınan kosmetik vasitələr dəridə müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

Nümunə üçün ayrılmış kosmetik vasitələrdən istifadə edə bilməyəcəmiz halda mağazalara getməkdənsə, görünür, elə ən yaxşısı evdən onlayn qaydada sifariş etməyimizdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA