Britaniyanın məşhur “Rolling Stones” rok qrupunun 8 ildən sonra yeni klipi işıq üzü görüb.
Axin.az xəbər verir ki, “Living in a Ghost Town” (“Ruh şəhərində yaşayış”) adlı ekran işi koronavirus pandemiyasına həsr olunub.
Klipdə London, Los-Anceles, Keyptaun kimi şəhərlərin kimsəsiz küçələri yer alıb.
Qeyd edilir ki, bəstə ötən ildən yazılsa da, onun üzərində işlər tamamlanmamışdı. Musiqiçilər mahnının sözlərini özünütəcrid şəraitində yazıb və ona klip çəkiblər.