“Planet Parni iz Baku” KVN teatrının beş günlük konserti təxirə salınıb.
Axin.az xəbər verir ki, ölkədəki durumla əlaqədar olaraq “TV-yə giriş sərbəstdir” konserti 15-19 aprel tarixlərində baş tutmayacaq.
Artıq yeni tarix də bəllidir. İndi “Planet Parni iz Baku” sevərlər iki ay gözləməli olacaq. Belə ki, konsertlərin vaxtı 3, 4, 5, 6 və 7 iyun tarixlərinə təyin edilib.