axin.az

SON DƏQİQƏ

Analarının qəbrini təhqir edən kənd sakinini belə cəzalandırdılar - VİDEO

12-03-2020, 16:56

Analarının qəbrini təhqir edən kənd sakinini belə cəzalandırdılar - VİDEODağıstanın Dərbənd rayonunun Cəmikənd yaşayış məntəqəsinin sakinləri mərhum qohumlarına hörmətsizlik edən qonşunu özləri məhkəməsiz cəzalandırmaq qərarına gəliblər. Lenta.ru-nun məlumatına görə, bununla bağlı kadrlar respublika DİN-i tərəfindən yayımlanıb.

Qurumdan bildirilib ki, kənd sakinləri analarının qəbrini təhqir edən qonşuya qəzəbləniblər.

“Bu, məzarın dağıdılması və ya zədələnməsi deyil, etik səbəblərdən bəhs etmədiyimiz bir hərəkətdir”, - deyə məlumatda vurğulanıb.

Bildirilir ki, mərhum qadınla düşmən münasibətdə olan qonşu o öləndən sonra intiqam almaq istəyib.

Kadrlarda heyvan təzəyi olan kisələr də görünür. Ehtimal ki, bu, qonşudan analoji üsulla intiqam alınması üçün nəzərdə tutulubmuş.

Hadisə ilə bağlı istintaqa başlanılib.

Qeyd edək ki, Cəmikənd sakinləri etnik azərbaycanlılardan ibarətdir. Yayılan videoda kəndlilərin Azərbaycan dilində danışığı eşidirir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA