axin.az

SON DƏQİQƏ

Yeni nəşr: “İmadəddin Nəsimi dili və üslubu”

13-01-2020, 13:51

Yeni nəşr: “İmadəddin Nəsimi dili və üslubu”AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “İmadəddin Nəsimi dili və üslubu” monoqrafiyası çap olunub.

İnstitutdan Axin.az-a bildirilib ki, əsərdə mənbə kimi Nəsiminin türk “Divan”ının materiallarından istifadə edilib. Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab klassik Azərbaycan ədəbiyyatına maraq göstərənlər, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixini araşdıran mütəxəssislər, ali və orta məktəb müəllimləri üçün ilk elmi mənbə kimi faydalı ola bilər.

Kitabın müəllifləri professor Sevil Mehdiyeva, dosent Türkan Əskərova və Şahnazxanım Şükürzadədir.

Monoqrafiyada qeyd olunur ki, Nəsimi bütün fəlsəfi fikirlərini doğma ana dilində yazaraq, Azərbaycan dili sözlərinə ədəbi dil səlahiyyəti verib, onu xəlqi söz və ifadələrlə zənginləşdirmək missiyasını uğurla yerinə yetirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA