axin.az

SON DƏQİQƏ

Təhsil Nazirliyi: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

5-06-2020, 15:25

Təhsil Nazirliyi: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”Təhsil Nazirliyi yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb, həll edilməsinə bilavasitə nəzarət edəcək.

Nazirlikdən verilən məlumata görə, yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tərəfindən daxil olmuş təkliflər əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var.
İmtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbəyə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və onların xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər.

Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə). Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyənlər də var və bu da nəzərə alınır.

Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq. Bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA