axin.az

SON DƏQİQƏ

"106.3 FM mahnımı vermək üçün pul tələb edir"

14-01-2020, 21:19

"106.3 FM mahnımı vermək üçün pul tələb edir"Müğənni Rahidə Baxışova 106.3 FM radiosunu tənqid edib.
Axin.az xəbər verir ki, sənətçi "Hər şey daxil" proqramında sözügedən radionun mahnısını yayımlamaq üçün ondan pul istədiyini açıqlayıb:

"106.3 FM radiosunda mahnılarımın getməyini çox istədim. Amma pul tələb etdilər. Sənətdə addımını yeni atandan da pul istəsin, məndən də? 25 ildir səhnədəyəm, mənim pul ödəməyim düz deyil. Bəs, mənim fərqim nə oldu? Versələr də sağ olsunlar, verməsələr də. Bəzi radiolar ödəniş almadan mahnılarımı yayımlayır".

Verilişdə qonaq olan Əməkdar artist Cavanşir Məmmədov da Rahidənin sözünü təsdiqləyib. O bildirib ki, 106.3 FM ondan da pul tələb edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA