Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən, cazibədar müğənni Səmra Rəhimli paylaşımı ilə adından söz etdirib.
Axin.az xəbər verir ki, karantin günlərini səmərəli şəkildə keçirən pop ifaçı formada qalmaq üçün evdə dayanmadan idman məşqləri edir.
Səmra ayaq və omba əzələlərinin inkişafı üçün hər iki ayağına rezin keçirərək, idman hərəkətləri edib.
Həmin anları telefonun yaddaşına həkk edən müğənni görüntülərini sosial media hesabında paylaşıb.
S.Rəhimlinin ehtiraslı hərəkətlərlə etdiyi məşqi izləyicilərin diqqətini çəkib.