Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki şərhi ilə diqqət çəkib.
Axin.az xəbər verir ki, sənətçi reper Qurdun nişanlanma xəbərinə reaksiyası ilə müzakirələrə səbəb olub.
O, şərhə "Deyirəm, gərək mən də arvadı boşayım. "Qonşudan qalma geri" deyiminə əməl edim" sözlərini yazıb.
Nadir daha sonra prodüser Mədinə Məlikin yazdığı "Görəsən, həqiqətdir? Şokdayam" sözlərinə "Vallah mən də" cavabını verib.
Qeyd edək ki, Qurd şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb.