"Elnarə Abdullayevadan incimişəm. Onu çox istəyirəm. Amma deyir, sənətə nifərt edirəm. Verilişə gəlirəm, yanımda oxuya bilməyənləri otuzdururlar. Bu, yaxşı söhbət deyil. Bir də bu sözü deməyin".
Axin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər-səhər" verilişində deyib. Müğənni həmkarı Elnarə Abdullayevanı qınayıb və ona səslənib. Elza bildirib ki, Elnarədən küsüb.
Seyidcahan daha sonra qalmaqal yaşadığı Manaf Ağayevdən söz açıb:
"Manaf Ağayev deyəndə ki, bizə çörək lazımdır, əsər yox, istehsa ilə deyirdi. Mənim ac qalan günüm olub, amma ümidsiz qalmamışam. Evdə yeməyə çörəyim olmaylb, amma mahnı bəstələmişəm. İndi o bəstə xalqıma pul qazandırır. Gedib çörəklərini qazansınlar, amma efirdə belə sözlər deməsinlər.
Mən sənətimi necə saxlayıram? Acından ölürəm? Beşindən aşağıyamsa, 15-dən yuxarıyam. Bir qarını kim görür ki? Çalışmaq lazımdır, tək qarın üçün yox".