"Yenə sözümün üstündə dururam, alnıma güllə qoysan da, fikrimi dəyişməyəcəm. Bəli, ikinci Zeynəb Xanlarovayam. Kimin nə sözü var? Sözü olan gəlsin meydana".
Axin.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Hər şey daxil" verilişində deyib. Sənətçi işlətdiyi ifadəyə görə onu tənqid edənlərə cavab verib.
Mətanət Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediyi "Mətanətlər gəncləri korlayır" ifadəsinə münasibət bildirib:
"Qəşəng mahnılar bəstələyir, gözəl müəllimdir. Necə elə ifadələr dilinə gəlir? Elza xanımın özünə zəng etdim. Məndən böyükdür, hər şeyin yerini bilirəm. Hörməti qoruyuram, o ana qədər hər iki tərəf yolunu azmasın. Hər şey etməyə gücüm çatar. Amma efir dava yeri deyil.
Zəng etdim ki, haqqımda nə demisən? Qayıtdı ki, sənlə danışıram, bacım ağlayır ki, onu cüt görmək istəyirəm. Yeni sual verdim. Cavab verdi ki, heç nə deməmişəm, demişəm, xasiyyəti pisdi. Dedim, məni oğluna alacaqsan, evinə gəlin gələcəm? Hamının xasiyyəti eyni olmaz.
Heç kimin ixtiyarı yoxdur "Mətanətkimilər" desin. Mətanət nə sənə, nə başqasına uşaq deyil. Mətanəti balaca fiqur bilirsən? Sadəlik edirəmsə, böyük-kiçik yeri bilirəmsə, hər şey deyə bilməzsiniz. İcazə vermirəm həddini aşıb, başından böyük danışsın".