Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirir.
Axın.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.
Görüşlərdə bu ilin fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunur.