axin.az

SON DƏQİQƏ

Anar Əliyev: "ƏƏSMN-in tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir"

14-01-2020, 20:54

Anar Əliyev: "ƏƏSMN-in tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir""Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir".
Axin.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, məqsəd əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, Nazirliyin strukturunun daha da optimallaşdırılması, idarəetmədə çevikliyin təmin olunmasından ibarətdir: “Burada DOST konsepsiyası da öz rolunu oynadı. DOST mərkəzləri yarandıqca Nazirliyin digər şöbələrinin regional əsasda fəaliyyətini təşkil etməyi nəzərdə tuturuq. Yasamalda yaratdığımız DOST mərkəzi Yasamal və Səbail rayonuna xidmət göstərdiyinə görə yerli şöbələrin, qurumların fəaliyyətini regional əsasda qururuq. Bunun da məqsədi Nazirliyin strukturunun DOST konsepsiyasına uyğun təşkilindən ibarətdir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA